Basketbol: U-20 millimiz üçün ispan baş məşqçi

20 yaşadək oğlan basketbolçulardan (U-20) ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu posta əsas millimizdə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib.

Onun birinci köməkçisi Zaur Paşayev, ikinci köməkçisi isə Anar Hacıyev olub.

Qeyd edək ki, 20 yaşadək oğlan basketbolçulardan ibarət millimiz iyulun 12-21-i aralığında Rumıniyanın Piteşti şəhərində baş tutacaq Avropa çempionatının B divizionunda yarışacaq. Alberto Blankonun planlarında Avropa çempionatına hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi yer alıb.