Basketbol üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu

Bu gün – martın 26-da “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Arena.az xəbər verir ki, saat 16:00-da startı verilən həlledici görüşdə “Gəncə” və NTD komandaları üz-üzə gəliblər.

Ginal oyununa gəncəlilər üstün başlayıblar. Lakin oyunun ikinci hissəsində 20 xallıq fərqdən geridönüş edən NTD komandası oyunu əlavə vaxta aparmağa nail olub. Əlavə vaxtda “Gəncə” 100:89 hesablı qələbə qazanaraq Azərbaycan kubokunun qalibi olub.

Finalın ən dəyərli basketbolçusu “Gəncə” komandasının oyun qurucusu Kollin Törner seçilib. O, 38 xal, 13 ribaundla diqqət mərkəzinə düşüb. NTD-nin ən məhsuldar basketbolçusu isə Zak Hadson olub – 20 xal, 8 ribaund.

Mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Basketbol federasiyasının rəyasət heyətinin üzvüləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyev də iştirak ediblər. Kuboku “Gəncə” komandasının kapitanı Amil Həmzəyevə Mariana Vasileva təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: