Almaniyanın “Bavariya” klubu ciddi itki ilə üzləşib.
Arena.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçi Duqlas Kosta zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu Bundesliqanın 21-ci turunun “Arminiya” ilə matçından əvvəl keçirilən məşqdə zədələnib.
30 yaşlı futbolçunun sağalma müddəti hələ açıqlanmayıb.
Qeyd edək ki, “Bavariya” – “Arminiya” matçında qalib müəyyənləşməyib – 3:3.