“Bavariya” məğlub oldu, “Borussiya” darmadağına sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Lider “Bavariya” çətin “Ayntraxt” (Frankfurt) səfərinə yollanıb. Münhen təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.

Münhenqladbax “Borussiya”sı da evdə “Maynts”a uduzub.

Turun maraqla gözlənilən qarşılaşmalarından birində Dortmund “Borussiya”sı səfərdə “Şalke”ylə üz-üzə gəlib. Rur derbisində qonaqlar darmadağına seviniblər.

Almaniya Bundesliqası
22-ci tur
19 fevral

Arminiya – Volfsburq 0:3
Qol: Şteffen, 29; 47. Arnold, 54.

20 fevral

Borussiya (Münhenqladbax) – Maynts 1:2
Qol: Ştindl, 26 – Onisivo, 10. Ştoger, 86.

Ayntraxt – Bavariya 2:1
Qol: Kamada, 12; Yunes, 31 – Levandovski, 53.

Köln – Ştutqart 0:1
Qol: Kaladziç, 49.

Frayburq – Yunion 0:1
Qol: Promel, 64.

Şalke – Borussiya (Dortmund) 0:4
Qol: Sanço, 42. Haland, 45; 79. Gerrero, 60.

21 fevral

16:30 Auqsburq – Bayer
18:30 Herta – Leyptsiq
21:00 Hoffenhaym – Verder