“Bavariya” səfərdə heç-heçəyə razılaşdı

Futbol üzrə Almaniya Bundesliqasında 33-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

Ötən tur çempionluğu rəsmiləşən “Bavariya” bu turda “Frayburq” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Bayer” də “Yunion”la oyunda heç-heçəyə razılaşıb.

Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Köln” bu turda çətin “Herta” səfərinə yollanıb. Bu oyunda qapılara qol vurulmayıb. Autsayderlər qrupunda yer alan “Arminiya” komandası isə “Hoffenhaym”la bərabərə qalıb.

Münhenqladbax “Borussiya”sı evdə “Ştutqart”a uduzub. “Auqsburq” “Verder”i, “Şalke” isə “Ayntraxt”ı məğlub yola salıb.

Almaniya Bundesliqası
33-cü tur
15 may

Arminiya – Hoffenhaym 1:1
Qol: Voqlzammer, 23 – Kramariç, 5.


Auqsburq – Verder 2:0
Qol: Xedira, 57. Kaliqiuri, 90-pen.


Borussiya (Münhenqladbax) – Ştutqart 1:2
Qol: Ştindl, 45 – Endo, 72. Kaladziç, 77.


Frayburq – Bavariya 2:2
Qol: Gulde, 29. Gunter, 81 – Levandovski, 26-pen. Sane, 53.


Şalke – Ayntraxt 4:3
Qol: Huntelaar, 15. İdrisi, 52. Flik, 60. Hoppe, 64 – A.Silva, 29; 72. Ndikka, 51.


Bayer – Union Berlin 1:1
Qol: Virts, 27 – Pohjanpalo, 72.


Herta – Köln 0:0



16 may

20:00. Maynts – Borussiya (Dortmund)
22:30. Leypsiq – Volfsburq

Xəbəri sosial şəbəkələrdə paylaş: