Almaniyanın “Bavariya” klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge Bundesliqa təmsilçisindən ayrılacaq.
Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Əfsanəvi futbolçu Müşahidə Şurasının sədri və klub prezidenti Herbert Haynerlə məsləhətləşmələrdən sonra belə bir qərar qəbul edib.
O, “Bavariya”nı iyunun 30-da tərk edəcək və yerini keçmiş qapıçı Oliver Kana verəcək.
Qeyd edək ki, Karl-Haynts Rummenigge Avropa Klublar Birliyini UEFA-da təmsil edən şəxslərdən biridir.