Baxşıyev: “Həftə ərzində bir-birimizə dəstək olmağa çalışdıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş oyununda Naxçıvan təmsiçisi 2:0 hesablı qələbəyə sevinib.

Elmar Baxşıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun alındı. Kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətində idik. Yaxşı oynadıq və buna görə futbolçularımı təbrik edirəm.

Oyun ərzində hər bir komandanın üstünlük qazanmaq şansı olar. Biz də kubok oyunundan sonra stress yaşamışdıq və həftə ərzində bir-birimizə yaxın, dəstək olmağa çalışdıq. Həmin stressi atdıqdan sonra bu gün meydanda işimiz alındı.

Felipe Santosun zədəsi ciddi deyil. Fərdi məşq edir. Qarşıdakı oyunlarda komandanın yanında olacağına inanıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: