Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunun “Milan”la ev oyunu Leverkuzen “Bayer”i üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Almaniya çempionu İtaliya təmsilçisini 1:0 hesablı məğlubiyyətlə yola salıb.
“Opta” statistik internet-portalının məlumatına görə, “əczaçılar” bu oyunda məğlub olmamaqla, Leverkuzen klubunun avrokubokların ev oyunları çərçivəsində yeni rekordunu müəyyənləşdiriblər.
İspan mütəxəssis Xabi Alonsonun çalışdırdığı komanda düz 10 oyundur ki, avrokuboklar çərçivəsində doğma “Bay-Arena”da məğlubiyyət tanımır.
2 turdan sonra “Bayer” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6 xalla 3-cü pillədə qərarlaşıb.
“Əczaçılar” Çempionlar Liqasında növbəti, 3-cü tur çərçivəsində oktyabrın 23-də Fransa “Brest”inin qonağı olacaqlar.