“Bayer” bu göstəriciyə görə “Böyük beşliy”in ən yaxşısıdır

Almaniya Bundesliqasının təmsilçisi “Bayer” (Leverkuzen) komandası milli çempionatda hər oyunda orta hesabla 2,69 xal toplayır.

Arena.az “Mail Sport” dərgisinə istinadən məlumat verir ki, cari mövsümdə “əczaçılar”ın müvafiq nəticəsi Avropanın böyük futbol beşliyi ölkələrinin milli birinciliklərinin klubları arasında ən yaxşı nəticədir.

2-ci yerdə hər oyunda orta hesabla 2,62 xal toplayan, İtaliya A Seriyasının cari lideri “İnter” qərarlaşıb. İlk üçlüyü İspaniya nəhəngi, La Liqaya başçılıq edən “Real” qapayır, “qaymaqlılar” hər oyunda orta hesabla 2,48 xal toplayırlar.

İlk beşlikdə Almaniya nəhəngi “Bayern” (2,31 xal) və İngiltərə Premyer Liqasının lideri “Arsenal” (2,29) yer alıblar.

Hazırda “Bayer”in 26 oyundan 70 xalla Bundesliqanın yarış cədvəlinin vahid lideridir. Xabi Alonsonun “əczaçılar”ı ən yaxın təqibçisi, Almaniya nəhəngi “Bayern”i (60 xal) 10 xal qabaqlayır və çempionluğa doğru inamla addımlayırlar.

Vurğulayaq ki, Bundesliqanın 26-cı turuna olan tarixi nəticəyə görə “Bayer”i 2013/2014 mövsümündə 26 turdan sonra 74 xal toplamış “Bayern” qabaqlayır.