“Bayer” Conatan Tadan “Bayern”ə keçməməyi xahiş edib

“Bayer”in baş direktoru Fernando Karro “əczaçılar”ın alman müdafiəçisi Conatan Tanın yayda “Bayern”ə keçidinin pozulması barədə danışıb.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, Karronun bu barədə məlumatını təqdim edir:

“Sözsüz ki, biz birbaşa rəqiblərimizi ən yaxşı oyunçularla gücləndirmək istəmirik. Bunu birbaşa Conathan Taya demişdim. Futbolçunun ayrılmaq istəyini başa düşürəm, amma onun alman klubundan başqa hər hansı bir digər kluba keçməsinə üstünlük verərdim”, deyə Karro vurğulayıb.

Conatan Ta “Bayer”ə 2015-ci ilin iyul ayında “Hamburq”dan 9,5 milyon avro məbləğ müqabilində keçib. Tanın “əczaçılar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ta “Bayer” üçün 10 oyun keçirib, 1 qol vurub.
Ta ümumilikdə “Bayer”in heyətində 363 oyuna çıxıb, 15 qol vurub, 12 məhsuldar ötürmə verib.

Conatan Ta 2016-cı ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 32 oyun keçirib.

Conatan Ta “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.