“Bayer” dayandı,“Verder”lə “Borussiya” 1/4 finalda

Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Dortmund “Borussiya”sı “Paderborn”u, “Verder” isə “Qroyter”i mübarizədən kənarlaşdırıb. “Holştayn Kil” – “Darmştadt” görüşündə meydan sahibləri penaltilər seriyasında qələbəni təmin ediblər. “Bayer” isə aşağı liqa təmsilçisi “Essen”lə görüşdə uduzaraq mübarizəni dayandırıb.

Almaniya kuboku
1/8 final
2 fevral

Holştayn Kil – Darmştadt 1:1 (penaltilər 7:6)

Essen – Bayer 2:1

Borussiya (Dortmund) – Paderborn 3:2

Verder – Qroyter 2:0

3 fevral

21:30. Leypsiq – Boxum
21:30. Volfsburq – Şalke
23:45. Regensburq – Köln
23:45. Ştutqart – Borussiya (Münhenqladbax)