“Bayer” PSJ-nin futbolçusunu transfer etdi – 7 milyon avroya

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın PSJ klubunun müdafiəçisi Mitçell Bakkeri transfer edib.

Bu barədə Leverkuzen klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı sol cinah müdafiəçisi yeni klubu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında “5” nömrəli formanı geyinəcək.

“Bayer” niderlandlı futbolçunun keçidi üçün 7 milyon avrosundan keçib.

Niderlandın “Ayaks” klubunun yetirməsi olan Mitçell Bakker 2019-cu ildən PSJ-nin uğurları üçün çalışırdı. Gənc futbolçu Paris təmsilçisinin əsas komandasında 45 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.