Bu mövsüm sərgilədiyi oyun və qazandığı nəticələrlə özündən söz etdirən Almaniyanın “Bayer” klubu öz rekordunu yeniləyib.
Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi bunu Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edərək həyata keçirib.
Belə ki, Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv məğlubiyyətsiz oyunlar seriyasını 37-yə çatdırıb. Komanda bu qarşılaşmaların 32-də qələbə qazanıb, 5 dəfə rəqibləri ilə bərabərə qalıb.
Cari mövsümdə heç bir turnirdə məğlub olmayan “Bayer” sonuncu dəfə 2023-cü ilin mayında uduzub.
Xatırladaq ki, “Qarabağ”ı iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesabı ilə məğlub edən leverkuzenlilər turnirin 1/4 final mərhələsinə yüksəliblər. Almaniya təmsilçisi bu mövsüm Avroliqanın qrup mərhələsində də Azərbaycan çempionu ilə qarşılaşmışdı. Doğma meydanda 5:1 hesabıyla qalib gəlmiş almanlar Bakıda da 1:0 üstün olmuşdular.



