“Bayer” “Qarabağ”la matçdan öncə qələbə qazandı – Video

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Leverkuzen klubu Almaniya Bundesliqasının 8-ci turu çərçivəsində “Volfsburq”la qarşılaşıb.

Səfərdə baş tutan qarşılaşma “Qarabağ”ın rəqibinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Leverkuzenlilərin heyətində Jeremi Frimponq (13) və Aleks Qrimaldo (62) fərqləniblər.

“Bayer” Almaniya Bundesliqasında 8 turdan sonra 22 xalla vahid liderdir.

Leverkuzenlilər Bundesliqada növbəti matçlarını oktyabrın 29-da evdə “Frayburq”a qarşı keçirəcəklər.

Almaniya klubu ilə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutacaq. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.