“Bayer” “Qarabağ”la matçlar üçün iştirak ərizəsini açıqlandı

Almaniyanın “Bayer” klubu Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçirəcəyi matç üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso iştirak ərizəsinə 31 futbolçunun adını daxil edib.

Onlardan 23-ü A, 8-i B siyahısında yer alıb. Heyətdə 5 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 8 hücumçuya yer verilib.

Qapıçılar: Lukas Hradeçki, Matey Kovar, Niklas Lomb, Yesper Şliş, Luka Novodomski;

Müdafiəçilər: Yosip Stanişiç, Pyero İnkapye, Conatan Ta, Odilon Kossunu, Edmond Tapsoba, Artur, Alexandro Qrimaldo, Ceremi Frimponq, Daniel Lanq;

Yarımmüdafiəçilər: Yonas Hofmann, Robert Andrix, Florian Virts, Esekiel Palasios, Qustavo Puerta, Qranit Caka, Frensis Onyeka, Enes Yılmaz, Ayman Aurir;

Hücumçular: Borxa İqlesias, Patrik Şik, Natan Tella, Amin Adli, Viktor Bonifase, Adam Hlojek, Ken İzekor, Noa Peş.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra, ayın 14-də Leverkuzendə baş tutacaq. Səfər matçı yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00-da) başlayacaq.

Xatırladaq ki, Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan çempionu isə qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.