“Bayern” Almaniya Kubokunda “Bayer”ə məğlub oldu

Bu gün futbol üzrə Almaniya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Bundesliqa təmsilçisi “Frayburq” səfərdə “Arminiya”ya uduzaraq kubokla vidalaşıb.

Bundesliqanın lideri “Bayern” isə ötən mövsümün qalibi “Bayer”i qəbul edib. Erkən finalda Leverkuzen təmsilçisi sevinən tərəf olub. Münhen nəhəngi qapıçısı Manuel Noyerin 17-ci dəqiqədə aldığı qırmızı vərəqəyə görə kubokda mübarizəni dayandırmalı olub. Yeri gəlmişkən, bu, 38 yaşlı almaniyalı qapıçının karyerası ərzində aldığı ilk qırmızı vərəqə olub.

“Ştutqart” səfərdə “Regensburq”u 3 cavabsız qolla məğlub edərək sürprizə imkan verməyib. “Verder” də “Darmştadt”ı yolundan kənarlaşdıraraq 1/4 finala vəsiqə əldə edib.

Almaniya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları sabah keçiriləcək.

Almaniya Kuboku
1/8 final
3 dekabr

Arminiya – Frayburq 3:1
Qollar: Lannert, 28. Kania, 36-pen. Oppie, 81 – Qreqoriç, 63.

Regensburq – Ştutqart 0:3
Qollar: Millo, 10. Çeyz, 19. Voltemade, 61.

Bayern – Bayer 0:1
Qol: Tella, 69.

Verder – Darmştadt 1:0
Qol: Yunq, 90+4.

4 dekabr

21:00. Köln – Herta
21:00. Volfsburq – Hoffenhaym
23:45. Karlsrue – Auqsburq
23:45. Leypsiq – Ayntraxt

Xəbəri istədiklərinizlə paylaşın