“Bayern” futbolçuların sıx təqvimlə bağlı tətil fikrini cavabladı

“Bayern”in baş direktoru Yan-Kristian Drezen futbolçuların ifrat sıx oyun təqvimi səbəbindən tətillə bağlı açıqlamalarını cavablayıb.

Arena.az BBC-yə istinadən məlumat verir ki, “Bayern” təmsilçisi bu barədə Afinada Avropa Klublar Assosiasiyasının (ECA) Baş assambleyasında çıxış edib:

“Gəlir baxımından zirvədə olan insanların bizi tətillə hədələmələri düzgün deyil. Bu barədə danışmayan bir çox başqa oğlanlar da var.
Müxtəlif milli yarışlar çərçivəsində bütün dünyanı gəzən 16 və ya 18 milli komanda oyunçusundan ibarət bir komandamız varsa, bu, onların səyahət etmələri üçün gərək olan vaxta böyük miqdarda xərc əlavə edir. Onlar, şübhəsiz ki, işlərini yerinə yetirməkdə çətinlik çəkirlər və biz onların rifahına diqqət etməliyik”, deyə Drezen vurğulayıb.

Xatırladaq ki, futbol dünyasının bir çox nüfuzlu nümayəndələri – oyunçular və məşqçilər futbol qurumları və təşkilatlarını ifrat sıx oyun təqvimi ilə bağlı fəsadı çözməyə səsləsələr də, səsləri eşidilməz qalır. Bu mənzərədə oyunluar yorğunluq, zədə, ardınca isə psixoliji tarazlığın itirilməsi kimi fəsadlar yaşayırlar. Şikayətçilər məhz bu fəsadların çözülməsi üçün çalışırlar. Son vaxtlar futbolçuların hətta tətil edə biləcəyi məsələsi bir həll olaraq ortaya çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: