“Bayern” qış transfer hədəflərini indidən müəyyən edib

“Bayern” alman baş məşqçi Tomas Tuxel rəhbərliyi altında qış transfer pəncərəsi üçün hədəflərini müəyyənləşdirib.

Arena.az bu barədə “Kicker” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Almaniya nəhəngi qışda müdafiəyəmeyilli yarımmüdafiəçi və ya dayaq yarımmüdafiəçisi, həmçinin sağ cinah müdafiəçisi ilə müqavilə imzalamaq niyyətindədir.

Vurğulanır ki, komandanın baş məşqçisi Tomas Tuxel idman direktoru Kristof Froyndla birlikdə cari heyəti gücləndirməklə yanaşı, ehtiyat oyunçular bazasını genişləndirmək üzərində işləyir. “Bayern”in bu məqsədlə konkret hədəflərinin olduğu haqda məlumat verilsə də, Münhen klubunun maraq dairəsində olan futbolçuların adları açıqlanmayıb.

Tuxel daha əvvəl də “Bayern”in müdafiəsi ilə bağlı narahatlığını ifadə etmişdi. Alman mütəxəssisin fikrincə, hazırda Münhen klubunun heyətində daha çox müdafiəyəmeyilli futbolçulara ehtiyac var.

Tuxelin rəhbərlik etdiyi kollektiv mövsümə Almaniya Super Kuboku uğrunda “Leypsiq”ə gözlənilməz böyük hesablı məğlubiyyətlə (0:3) başlasa da, Bundesliqada və Çempionlar Liqasında müvafiq hoqqaya yol verməyib. “Bayern” 5 turdan sonra 13 xalla Bundesliqanın “Bayer”lə şərikli lideridir. Çempionlar Liqasına isə almanlar “Mançester Yunayted” üzərində 4:3 hesablı qələbə ilə başlayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: