“Bayern” Vensan Kompanini Xosep Qvardiolanın məsləhəti ilə seçib

“Bayern” yeni baş məşqçisi Vensan Kompanini “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiolanın məsləhəti ilə kluba cəlb edib.

Arena.az bu barədə “The Athletic” internet-nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Münhen klubu “Pep”dən bu təyinat barədə fikirlərini soruşub və ispan mütəxəssis keçmiş oyunçusu haqda sevinclə danışıb. Belçikalı mütəxəssisin daha əvvəl çalışdırdığı “Börnli” Premyer Liqanı tərk edərək Çempionşipə yuvarlanmasına rəğmən, bu komanda oyun zamanı topa sahibolma və rəqibə təpkisi ilə yanaşı, öz oyununu rəqiblərinə diqtə etməsi ilə səviyyəvi olub. Bu oyun xüsusiyyətləri isə iddialı hücum futbolunun əsaslarını təşkil edir ki, Almaniya nəhəngi bu məqamı nəzərə alıb.

Belçikalı mütəxəssisin təyinatı zamanı “Bayern” üçün taktika, tərtibat və təsis xüsusları əsas seçimlər olmasa da, Kompaninin səmərəsi həm hazırkı heyətə uyğun görülüb və həm də bu heyətlə yeni baş məşqçinin iş birliyindən gözlənilən nəticələrə dair Almaniya nəhənginin bütün şübhələrini qovub.

“Bayern” düşərgəsində Vensan Kompaninin tərəqqi edəcək bir mütəxəssis olduğuna inanırlar.

Vensan Kompani məşqçilik fəalliyyətinə Belçika nəhəngi “Anderlext”lə başlayıb. Daha sonra, 2022-ci ilin iyulunda belçikalı mütəxəssis “Börnli”nin sükanı arxasına keçib. Artıq başa çatmış Premyer Liqa mövsümündə “Börnli” yarış cədvəlində sonuncudan əvvəlki, 19-cu yeri tutaraq, Çempionşipə yuvarlanıb. Buna rəğmən, Münhen klubu “Bayern”in Kompaninin xidmətində maraqlı olduğunu israr edib və məlum olduğu kimi, Almaniya nəhənginin sükanını belçikalı mütəxəssisə həvalə edib.

Kompani “Börnli”ni 96 oyuna çıxarıb, 41 qələbə, 24 heç-heçə, 31 məğlubiyyət yaşayıb.

Xatırladaq ki, Kompani bir müddət, “Bayern”də iş təcrübəsi olan Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb, ispan mütəxəssisdən futbol məşqçiliyinin bir çox sirlərini mənimsəyib. Məhz bu amil “Bayern”in güvəndiyi məqam kimi Kompaninin təyinatında həlledici olub.