“Mançester Siti”nin və Argentina yığmasının hücumçusu Xulian Alvares Almaniya nəhəngi “Bayern”in diqqət mərkəzindədir.
Arena.az “Bild” dərgisinə istinadən xəbər verir ki, Alvares yayda “şəhərlilər”in düşərgəsini tərk edə bilər.
Hücumçunun adı Münhen təmsilçisinin maraq dairəsində olan futbolçuların siyahısında yer alıb. “Mançester Siti” hücumçusunu heç də toxunulmaz saymır. Mütəxəssislərin rəyincə, məhz bu məqam argentinalı forvardın yayda Almaniyaya yollanmaq ehtimalını yüksəldir.
Xatırladaq ki, İngiltərədə ilk mövsümünü keçirən Alvares Premyer Liqada 29 oyuna çıxıb və 9 qol vurub. 23 yaşlı forvard indiki komandasında bütövlükdə 47 oyuna çıxıb. O, bu görüşlərdə 17 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.