Almaniya nəhəngi “Bayern”in rəhbərliyi komandanın cari mövsümdə düşdüyü çətin vəziyyətdən çıxış yolu axtarışındadır.
Arena.az məlumat verir ki, “Bayern” komandanın baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel təyinatından sonra mütəxəssisin rəhbərliyi altında keçirdiyi 43 oyundan 10-da məğlub olub.
Maraqlıdır ki, Tuxeldən əvvəl “Bayer”in çalışdırmış Yulian Nagelsmanın da “Bayern”lə eyni sayda – 10 məğlubiyyəti var. Amma Nagelsman Almaniya nəhəngini 84 oyunda meydana çıxarıb.
Fevralın 14-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya gözlənilməz məğlubiyyətdən (0:1) sonra “Bayern” rəhbərliyi vəziyyətin çətin olduğunu anlayıb. “Bayen” rəhbərliyi Tomas Tuxelin gələcəyi ilə bağlı tələsik qərar qəbul etmək fikrində deyil, alman mütəxəssis vəzifəsində qalacaq, amma Tuxeldən vəziyyəti yaxşı doğru dəyişmək tələb edilir.
“Bayern”in idman direktoru Kristof Froynd komandanın son vaxtlar əldə etdiyi uğursuz nəticələr mənzərəsində baş məşqçi Tomas Tuxelin gələcəyindən danışıb:
“Əlbəttə ki, o, hamımız üçün çox çətin olan bir vəziyyətlə mübarizə aparır. Məqsədimiz bu vəziyyətdən birlikdə çıxış yolu tapmaqdır. Biz hamımız eyni gəmidəyik”, – jurnalist Kerri Hau Froynddan sitat gətirir.
Daha əvvəl, Tuxelin özü “Bayern”dəki gələcəyindən danışaraq, bu məsələdən narahat olmadığını vurğulamışdı.
Jurnalist Florian Plettenberqin məlumatına görə, klub rəhbərliyi tərəfindən Tuxelə qarşıdakı 3 oyunda sınaq qoyulub. Beləliklə, “Bayern”in Bundesliqa çərçivəsindən keçirəcəyi növbəti 3 oyun – “Boxum”, “Leypsiq” və “Frayburq”la qarşılaşmalar Tomasın səmərəsinin daxili qiymətləndirilməsi üçün həlledici olacaq. Rəhbərlik hələ də Tuxelin bu çətinliyi aradan qaldıracağına ümidlidir.
Üstəlik, bu arada “Kicker” nəşri xəbər verib ki, qarşıdakı illərdə “Bayern” rəhbərliyi klubun maaşı cədvəlindəki rəqəmləri əhəmiyyətli dərəcədə azaltmaq üçün çox çalışacaq.
Mənbənin məlumatına görə, ilk növbədə Münhen klubu komandanın gənc futbolçuları Camal Musiala və Alfonso Deyvisin maaşlarına qənaət etməyi planlaşdırır. Klub rəhbərləri yeni müqaviləyə əsasən kanadalı müdafiəçiyə ildə 13 milyon avro məbləğ ödəmək niyyətində deyil. Həmçinin Almaniya nəhənginin rəhbərliyi hesab edir ki, Musiala hələ öz sabit oyununu tapmayıb və buna görə də ciddi maaş artımına layiq deyil.


