“Bayern”dən Tomas Tuxelin ayrılıq xəbərlərinə rəsmi reaksiya

Almaniya nəhəngi “Bayern” komandanın baş məşqçisi Tomas Tuxelin adı ətrafında cərəyan edən şayiələrə rəsmi münasibətini açıqlayıb.

Arena.az məlumat verir ki, alman klubunun baş direktoru Yan-Kristian Drezen və həmçinin komandanın idman direktoru Kristof Froyndun simasında “Bayern” bəyanatla çıxış edib.

Açıqlamada daha əvvəl, cari mövsümün sonunda Xavinin yerinə Münhen komandasının baş məşqçisi Tomas Tuxelin “Barselona”ya təyinatı ilə bağlı şayiələrlə əlaqədar “Bayern”in mövqeyi izah edilib:

“Bazar günü baş məşqçimiz Tomas Tuxel fan-kluba səfəri zamanı azarkeşlər tərəfindən onun məşqçilik karyerası və PSJ və “Çelsi” ilə xaricdəki keçmiş təcrübəsi barədə soruşulub. O, söhbət zamanı əlbəttə ki, bu barədə məlumat verib. Tuxel İspaniyanın bir futbol ölkəsi olması ilə bağlı azarkeşlərin ümumi suallarını da cavablayıb. O, heç vaxt Xavi Ernandes və onun varisi haqqında danışmayıb. Bu, sonradan uydurulmuş yalanlardır. Biz məşqçimizə qarşı həmişə bir küncdən ünvanlanmış bu cür qərəzli bəyanatları daha qəbul etməyəcəyik”, “Bayern”in rəsmi açıqlamasında bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl mərtbuatda “Bayern”in baş məşqçisi Tomas Tuxelin İspaniya futbolunun nəhənglərindən biri ilə işləməyin onu yenidən ruhlandıracağını deməsi haqda iddialı xəbər yayılmışdı.
Tomas Tuxel ötən ilin martından “Bayern”i çalışdırır. Alman mütəxəssis bu vəzifədə həmyerlisi Yulian Nagelsmanı gözlənilmədən əvəzləmişdi. Tuxel “Bayern”lə 2022/2023 mövsümü Bundesliqanın qalibi olub.

Hazırda “Bayern” Bundesliqasında keçirdiyi 19 oyundan sonra 47 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bundesliqaya 49 xalla “Bayer” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: