“Bayern”dən “Tottenhem”ə Harri Keyn cavabı

“Bayern”in idman direktoru Kristof Froynd “Tottenhem”in sahibi Deniel Levinin Harri Keynlə bağlı son açıqlamasına münasibət bildirib:

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən “Bayern”in Harri Keynə dair mövqeyini diqqətinizə çatdırır:

“Biz heç vaxt müqavilənin təfərrüatı ilə bağlı heç nə açıqlamırıq. Aydındır ki, Keynə həqiqətən burada xoşdur və onun 4 illik müqaviləsi var. Biz onunla uzunmüddətli perspektivləri hesablayırıq və mən onun dövr ərsəyə gətirəcəyinə əminəm. Onun “Bayern”də qarşıdakı bir neçə il üçün böyük hədəfləri var”, Münhen klubunun rəsmisi bildirib.

Xatırladaq ki, bir qədər əvvəl “Tottenhem”in prezidenti və idarə heyətinin sədri Deniel Levi bildirmişdi ki, Harri Keyn geri dönmək istəsə, London klubu yetirməsi olan ingilis hücumçunu geri qaytarmaq üçün imkana sahibdir.

Xatırladaq ki, Keyn Almaniya nəhənginə bu ilin yay transfer pəncərəsində “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn “mahmızlar”ın heyətində ümumilikdə 435 oyun keçirib, 280 qol vurub, 64 məhsuldar ötürmə verib.

Cari mövsümdə Keyn Münhen təmsilçisinin heyətində 6 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Harri Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 86 oyun keçirib, 59 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: