“Bayern”i məğlub edən tapıldı

Futbol üzrə Almaniya Bundesliqasında 7-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Bayern” doğma meydanda “Ayntraxt”ı sınağa çəkib. Münhen təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. Bu, son çempionun yeni mövsümdəki ilk yenilgisidir.

“Maynts” da evdə “Union Berlin”ə məğlub olub.

Turun son matçında “Bayer” səfərdə “Arminiya”nın qonağı olub. Leverkuzen təmsilçisi bu oyunda darmadağına sevinib.

Almaniya Bundesliqası
7-ci tur
1 oktyabr

Köln – Qroyter 3:1
Qol: Andersson, 50. Skhiri, 55; 89 – Meyerhofer, 7.

2 oktyabr

Borussiya (Dortmund) – Auqsburq 2:1
Qol: Gerreyro, 10. Brandt, 51 – Zeqiri, 35.

Volfsburq – Borussiya (Mönhenqladbax) 1:3
Qol: Valdşmidt, 25 – Embolo, 5. Hofmann, 7.

Herta – Qroyter 1:2
Qol: Pyontek, 70 – Linhart, 17. Petersen, 78.

Ştutqart – Hoffenhaym 3:1
Qol: Kempf, 18. Mavropanos, 60. Massimo, 81 – Larsen, 84.

Leyptsiq – Bohum 3:0
Qol: A.Silva, 70. Nkunku, 73; 78.

3 oktyabr

Maynts – Union Berlin 1:2
Qol: İnqvartsen, 39 – Avoniyi, 69; 73.

Bayern – Ayntraxt 1:2
Qol: Qoretska, 29 – Hinteregger, 32. Kostiç, 83.

Arminiya – Bayer 0:4
Qol: Diabi, 18. Şik, 24; 57. K.Demirbay, 90+2.