“Bayern”in baş direktoru: “Özümü nəcis kimi hiss edirəm”

“Bayern”in baş direktoru Yan-Kristian Drezen Bundesliqanın 22-ci turunda “Boxum”a səfər məğlubiyyətinə (2:3) münasibətini bildirib.

Arena.az jurnalist Patrik Ştrasserə istinadən, Drezenin bu barədə fikirlərini təqdim edir:

“Mən həqiqətən özümü nəcis kimi hiss edirəm. Bu gün yanaşma keyfiyyəti məğlub etdi. Nəticədən və oyundan tam narazıyıq. Gələn həftə komandaya Tuxel rəhbərlik edəcəkmi? Əlbəttə”, deyə Drezen klubun hələ də alman mütəxəssisə etimad bəslədiyini bildirib.

Vurğulayaq ki, bu məğlubiyyət Almaniya nəhənginin cari mövsümdə bütün yarışlarda ardıcıl 3-cü məğlubiyyətidir.

22 turdan sonra “Bayern” 50 xalla Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Bundesliqaya 58 xalla Xabi Alonsonun “əczaçılar”ı – Leverkuzen “Bayer”i başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: