“Bayern”in futbolçuları baş məşqçi Vensan Kompanidən narazıdırlar

“Bayern”in futbolçuları mövsümə uğurlu başlanğıca rəğmən, komandanın baş məşqçisi Vensan Kompaninin bəzi hərəkətlərindən narazıdırlar.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Kompaninin oyunun başlamasına bir gün qalmış futbolçulara telefonla ismarış göndərməklə, qarşıdakı oyun üçün başlanğıc heyəti açıqlaması futbolçulara xoş gəlmir. Həmçinin, oyunçular Kompaninin komandaya növbələşmə əsasında yanaşmasını həmişə başa düşmürlər. Məsələn, təcrübəli komanda üzvlərinin müəyyən bir oyuna hansı səbəbdən ehtiyat oyunçular skamyasında başladığı futbolçulara çatmır.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.

Əlavə edək ki, işinə uğurla baş vurmuş belçikalı mütəxəssisin “Bayern”i cari mövsümdə məğlubiyyət tanımır.