“Bayern”in yay transfer hədəfləri məlum oldu

Münhen “Bayern”inin yay transfer pəncərəsində heyətinə qatmaq üçün namizəd futbolçuların qısa siyahısı məlum olub.

Arena.az xəbər verir ki, bu barədə jurnalist-insayder Kristian Falk özünün “Twitter” hesabında yazıb.

Mənbənin məlumatına görə, “Bayern” komandanı gücləndirmək üçün müxtəlif mövqelərə namizədləri baxışdan keçirir.

Müdafiə xətti üçün Münhen klubu Kim Min Jae (“Napoli”), Pau Torres (“Vilyarreal”), Mikki van de Ven (“Volfsburq”) və Kayl Uoker (“Mançester Siti”) ilə maraqlanır.

Yarımmüdafiənin gücləndirilməsinə namizədlər Pyer-Emil Höybyerq (“Tottenhem”) və Kay Haverts (“Çelsi”) görülür. Yeni hücumçular isə Randal Kolo Muani (“Ayntraxt”), Duşan Vlahoviç (“Yuventus”), Harri Keyn (“Tottenhem”) və Viktor Osimhen (“Napoli”) dördlüyündən seçiləcək.

Xatırladaq ki, geridə qalmış mövsümdə “Bayern” ardıcıl 11-ci dəfə Bundesliqanı qazanaraq Almaniya çempionu olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: