Türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Gəncə” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan çempionatının gümüş mükafatçısı ilə 41 yaşlı türkiyəli mütəxəssis arasındakı müqavilə yeni mövsümün sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, ilk dəfə ölkə xaricində işləyəcək Bedri Meriç Türkiyədə “Anakaragücü” və “Böyük Anadolu” klublarında çalışıb. Onun oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür.
Yeri gəlmişkən, artıq Bedri Meriçin köməkçisi də müəyyənləşib. Türkiyəli mütəxəssisin yardımçısı Rizvan Səfərov olacaq. Gəncəli məşqçi klub yarandığı gündən komandanın sıralarındadır. Səfərov “Gəncə”nin qazandığı uğurlarda əsas pay sahiblərindəndir.