Belarus Futbol Federasiyası (ABFF) UEFA-dan Rusiya yığması ilə yoldaşlıq oyununu təsdiqləyəcəyini gözləyir.
Arena.az məlumat verir ki, Belarus Futbol Federasiyasının sədr müavini Andrey Vasileviç bildirib ki, Belarus tərəfi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirmək üçün Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) razılıq istəyib:
“Biz UEFA-dan Rusiya yığması ilə oyunu təsdiqləməyi xahiş etmişik, onların cavabını gözləyirik. Biz Rusiya kimi güclü rəqiblə oynamağa hazırıq”, – TASS agentliyi Vasileviçdən sitat gətirir.
Xatırladaq ki, Rusiya yığması martda ayında 2 yoldaşlıq oyunu keçirəcək. Rusiya yığmasının rəqibləri Serbiya və Paraqvay komandaları olacaqlar. Martın 21-də Valeri Karpinin komandası serblərlə qarşılaşacaq. Paraqvay yığması ilə oyun isə martın 25-də baş tutacaq. Hər iki oyun “VTB Arena”da – Lev Yaşin adına “Dinamo” Mərkəzi Stadionunda baş tutacaq.
Xatırladaq ki, UEFA və FIFA Rusiyanı siyasi səbəblərə görə beynəlxalq yarışlardan kənarlaşdırıblar. Eyni kənarlaşdırmalar digər idman növlərinə, xüsusən də komanda idman növlərinə tətbiq edilib. Rusiyalı futbol hakimlərinin də beynəlxalq oyunlara çağırılması dayandırılıb.