Belçika yığması Bakıya 24 futbolçu ilə gələcək

Futbol üzrə Belçika yığmasının Azərbaycan və Estoniyaya qarşı keçirəcəyi AÇ-2024-ün seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, millinin baş məşqçisi Domeniko Tedesko bu qarşılaşmalar üçün 24 oyunçuya dəvət göndərib.

Belçika yığma komandasının heyətində 4 qapıçı, 5 müdafiəçi, 7 yarımmüdafiəçi və 8 hücumçu yer alıb.

Qapıçılar: Arno Bodar, Kun Kastels, Tomas Kaminski, Mats Sels;

Müdafiəçilər: Amen Əl-Daxil, Zeno Debast, Vaut Fas, Artur Teate, Yan Vertongen;

Yarımmüdafiəçilər: Yannik Karrasko, Timoti Kastan, Olivye Deman, Uqo Sike, Orel Manqala, Amadu Onana, Yuri Tilemans;

Hücumçular: Yohan Bakayoko, Mişi Batşuayi, Şarl de Ketelare, Jeremi Doku, Romelu Lukaku, Leandro Trossard, Dodi Lukebakio, Lua Openda.

Xatırladaq ki, Belçika yığması sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq. Sözügedən komanda bundan üç gün sonra da doğma meydanda Estoniya yığmasını qəbul edəcək.