Belçika yığmasının əfsanəsi Kevin De Bröyneni tənqid etdi

Belçika yığmasının keçmiş hücumçusu Mark Deqriz “qırmızı şeytanlar”ın hazırkı kapitanı, yarımmüdafiəçi Kevin De Bröyneni tənqid edib.

Arena.az “VTM News” dərgisinə istinadən məlumat verir ki, Deqrizin tənqidi Kevin De Bröynenin daha əvvəl tutduğu mövqe ilə bağlıdır.

Belə ki, De Bröyne Belçika yığmasının UEFA Millətlər Liqası çərçivəsində səfərdə Fransa yığmasına məğlubiyyətində (0:2) komanda yoldaşlarını öz öhədəliklərini yerinə yetirməməkdə ittiham edərək, tənqid etmiş, bunu “bəziləri öz öhdəliklərini yerinə yetirmirlər” ifadəsi ilə qabartmışdı.

“Düşünürəm ki, o, müvafiq xüsusda çox uzağa gedib. Kevin təcil və qətiyyət çatışmazlığından danışır. Həm də haqlıdır. Əgər bacarığınız yoxdursa, heç olmasa döyüşmək istədiyinizi nümayiş etdirməlisiniz. Amma o, komanda yoldaşlarının öz bacarıqlarının hüdudlarında olduğunu da başa düşməlidir. De Bröyne komanda yoldaşlarını müdafiəə etməli idi, amma bunu etmədi”, deyə Deqriz vurğulayıb.

Xatırladaq ki, 59 yaşlı Deqriz futbolçu ikən Belçika yığmasında 63 oyun keçirib, 23 qol vurub, həmçinin “qırmızı şeytanlar”la DÇ-90 və DÇ-94-ün iştirakçısı olub.