“Real”ın 21 yaşlı ingiltərəli hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem klublararsı dünya çempionatından söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, ingilis futbolçunun müvafiq fikrini təqdim edir:
“Bu, yeni qənimət qazanmaq imkanıdır. Bu bir gerçəkdir – qəniməti qazanmış ilk olmaq. Bu, həm də Amerikada çıxış etmək fürsətidir, həmçinin adətən orada oynamadığın, adətən yarışmadığın rəqiblərlə görüşmək imkanıdır. Düşünürəm ki, bu, özlüyündə bir çox yaxşı xüsusu ehtiva edir. Həmçinin hesab edirəm ki, bizim bütün oyunlarımız uğurlu olacaq, çünki dünyanın hər bir guşəsində bizim azarkeşlərimiz var. Biz mövsümöncəsi orada olmuşuq, ildən ilə isə orada daha çox azarkeşimizi görürürk”, deyə Bellingem vurğulayıb.
Xatırladaq ki, 2025-ci il FIFA Klub Dünya Kuboku 14 iyun – 13 iyul tarixlərini əhatə edəcək. “Real” 32 komandanın iştirak edəcəyi yarışa “H” qrupunda başlayacaq. “Qaymaqlılar”ın rəqibləri “Əl-Hilal”, “Paçuka” və “Zalsburq” olacaqlar.