Bellingem tuman reklamına çəkildi – görün kimin brendi üçün!

“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem məşhur model Kim Kardaşyanın “Skims” alt paltarı brendini tanıtmaq üçün reklama çəkilib.

Arena.az məlumat verir ki, Bellingem çəkiliş zamanı bircə tumanda fotoaparatlar və videokameralar qarşısında topla məharətini nümayiş etdirərək, çəkilişlərdə çəkilib.

Video çəkilişlər zamanı isə Cud topu çiləyərək, “Mən Cud Bellingeməm. Hər kəs “Skims” geyinir”, deyə brendi reklam edib.