Bellingemin bu modellə münasibəti “Real”a fayda gətirə bilər

“Real”, ingilis yarımmüdafiəçisi Cud Bellingemin niderlandlı model Laura Selia Volk ilə münasibətindən maliyyə baxımından faydalana bilər.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bir çox mütəxəssislər hesab edirlər ki, “Real”, məsələn, cütlüyü birgə tədbirlərə cəlb etməklə, klubun brendini tanıtmaq üçün Bellingemin cazibədar modellə münasibətindən istifadə edə bilər. Bu halda həm klub, həm də model agentliyi xeyli fayda götürəcəklər.

Bununla belə, bəziləri Bellingemlə niderlandlı model arasındakı münasibətlərin uydurma bir xəbər olduğuna inanırlar.