“Benfika” – dünyanın ən gəlirli futbol akademiyasına malik klubu!

Portuqaliya nəhəngi “Benfika” son ilin yekunlarına əsasən, dünyanın ən gəlirli futbol akademiyasına malik klubudur.

Arena.az məumat verir ki, Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) son 10 ildə oyunçu transferlərindən əldə edilmiş gəlirlərə görə dünyanın ən gəlirli 100 klub futbol akademiyasının siyahısını tərtib edib.

Müvafiq siyahıya hesabat dövründə ümumi dəyəri 516 milyon avro məbləğində 30 futbolçusunu satmış Portuqaliya futbolunun nəhəngi “Benfika” başçılıq edir. Siyahının 2-ci pilləsində 36 futbolçusunun satışından 376 milyon avro məbləğində gəlir əldə etmiş Niderland nəhəngi “Ayaks” qərarlaşıb. İlk üçlüyü 32 yetirməsini 370 milyon avro məbləğə sata bilmiş Lion “Olimpik”i (Fransa) tutub.

Daim baha qiymətə ulduzları “dənləməklə” məşğul olan “Real” siyahıda 4-cü pillədə qərarlaşıb ki, bu da maraqlı məqamdır. İspaniya nəhəngi 28 yetirməsinin satışından 364 milyon avro qazanc götürüb.