Zorlama iddiaları ilə bağlı 2 il idi yaşıl meydanlardan uzaqda qalan fransalı futbolçu Benjamin Mendi Liqa 1 təmsilçisi “Loryan”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, azad agent statusu daşıyan futbolçuilə 2 illik müqavilə imzalanıb.
İyulun 14-də Benjamin Mendi zorlama işi üzrə bütün ittihamlardan bətaət alaraq azad edilib. İşin istintaq mərələsi boyunca, 2018-ci ilin dünya çempionu iki ilə yaxın yaşıl meydanlara çıxmayıb. “Mançester Siti”nin sabiq futbolçusu Çester Kral Məhkəməsində bir zorlama və bir zorlamaya cəhd maddəsi ilə ittihamlarda təqsirli bilinməyib və hakimin müvafiq qərarı ilə bəraət hökmü alıb. Üzərindən bütün ittihamlar götürülmüş Fransa yığmasının sabiq futbolçusunun oyun təcrübəsini bərpa edib əvvəlki səviyyəsinə qayıtması üçün müəyyən zamana ehtiyacı olacağı vurğulanır.
Xatırladaq ki, 2023-cü ilin yanvar ayında Mendinin üzərindən altı zorlama və bir cinsi təcavüz dəlili qaldırılmışdı. Hətta bundan əvvəl fransalı futbolçu, axşam məclislərinin birində, Benjaminin onları zorladığını iddia iki qızın ittihamları üzrə işdə günahsız olduğu sübuta yetirilərək bəraət qazanmışdı.
Benjamin Mendi peşəkar karyerasına “Havr”da başlayıb. Daha sonra Marsel “Olimpik”ində və “Monako”da oynamış sol cinah müdafiəçisi 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyurdu. O, Premyer Liqa nəhəngində 75 oyuna çıxıb, 2 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Mendi Fransa milli komandasında da 10 oyun keçirib.
Yeri gəlmişkən, “Loryan” “Laval”dan gənc sağ cinah müdafiəçisi Dembo Sillanı da transfer edib. Qvineyadan olan 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Liqa 1 təmsilçisi bu keçidə görə “Laval”a 1 milyon avro ödəyib.
Dembo Silla “Laval”ın öz yetirməsidir. O, ötən ilin yayından bu klubun əsas komandasında forma geyinirdi. Gənc müdafiəçi geridə qalmış mövsümdə 31 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Qvineya yığmasında da 3 oyun keçirib.




