“Real”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubunun ona mövsümü 200 milyon avro əməkhaqqı ilə müqavilə təklifini rədd edib.
Arena.az COPE şəbəkəsinə istnadən xəbər verir ki, fransız hücumçu madridlilərlə cari müqaviləsini 2024-cü ilə qədər uzatmaq qərarına gəlib.
Mənbənin məlumatına görə, 2009-cu ildən komandada çıxış edən 35 yaşlı futbolçu üçün “Real”da artıq vida mərasimi də hazırlanıb. Klub rəhbərliyi hətta Benzemaya əvəzləyici axtarmağa başlayıb. Benzemanın daha bir mövsüm “Kral klubu”nda qalmaq qərarı madridlilərə xoş şok yaşadıb.
Xatırladaq ki, Benzema cari mövsümdə 42 dəfə madridlilərin formasını geyinib, 30 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.