Benzema Ronaldonu geridə qoydu

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema “Yuventus”da çıxış edən keçmiş komanda yoldaşı Kristiano Ronaldonun rekordunu qırıb.

Arena.az xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 31-ci turunda “Kadis”i 3:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Bu görüşdə dubl edən fransalı forvard ikinci qolda Alvaro Odriosolaya məhsuldar ötürmə verib. Beləliklə, Benzema La Liqadakı məhsuldar ötürmə sayını 88-ə çatdırıb və keçmiş komanda yoldaşı Ronaldonu (87 məhsuldar ötürmə) geridə qayub.

Bu, həmçinin Madrid klubunun 21-ci əsrdəki ən yaxşı göstəricisidir.

Qeyd edək ki, Kərim Benzema “Real”ın formasını 2009-cu ildən geyinir. Fransalı futbolçu Madrid təmsilçisində indiyə qədər 551 oyuna çıxıb, 276 qola imza atıb.