Berezutski: “Gələcəklə bağlı nəsə deyə bilmərəm”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun finalında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Ağdam klubunu əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə ölkə kubokunun qalibi olub.

Berezutski matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun alındı. Hər iki tərəf fərqləndi, penaltilər oldu. Oyunçularımız əllərindən gələni etdilər. “Qarabağ” Azərbaycanda dominantlıq edən klubdur. Onlarla oyunlarda uğurlu olmağımızın hansısa qlobal resepti yoxdur. Bu sadəcə uşaqların əməyidir. Hansısa sirr deyil. Bu kubok futbolçuların əməyinin nəticəsidir. “Sabah”ı tarixindəki ilk kubok münasibətilə təbrik edirəm”.

Berezutski kuboku qazanmağın onun postunda qalmasının təminatı olmadığını bildirib:

“Gələcəklə bağlı nəsə deyə bilmərəm. Gözləyək, görək. Hər şeyi qarşıdakı günlərdə eşidəcəksiniz. Bunların hamısını mən və klub rəhbərliyi ilə müzakirədən sonra biləcəyik”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə kubokun finalından sonra bunları söyləyib:

“Sabah”ı təbrik edirəm, avrkuboklarda uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mövsüm keçirdilər. Oyunçular çox ağır mövsüm keçirdilər. Hər bir futbolçudan razı qaldım. Bu gün də möhtəşəm atmosfer var idi. Belə oynlarda aqressivlik olur. Yassin Benzya elə etməsə, daha yaxşı olardı. Sadəcə, mövsüm bizim üçün gərgin keçdi, futbolçuları meydanda və meydandan kənardan özlərini idarə etməsi üçün çox danışıqlar oldu. Bəzən futbolda belə hallar olur. Oyunun gedişatında futbolçular əsəbiləşirlər. Ciddi bir şey görmədim. Normaldır. Belə oyunlar hakimlər üçün də asan deyil. İnqilab Məmmədov illərin təcrübəsini göstərdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: