Berezutski üçün ilk, Qurbanov 7-ci zəfər axtarışında

“Sabah” komandasının baş məşqçisi Vasili Berezutski futbol üzrə Azərbaycan Kubokunu qazanan 17-ci mütəxəssis ola bilər.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaq. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olan mütəxəssisdir. Ağdam klubu ilə 6 kubok qazanmış təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci kuboka sahib olmaq istəyir.

Vasili Berezutski isə “Sabah”ın baş məşqçisi postuna cari mövsümün gedişində gəlib. Debüt mövsümündə finala yüksələn rusiyalı mütəxəssis kuboku qazanan 17-ci məşqçi kimi tarixə düşə bilər. İndiyədək 16 mütəxəssis belə uğura imza atıb:

  1. Qurban Qurbanov – 6
  2. Mehman Allahverdiyev – 4
  3. Agasəlim Mircavadov – 3
  4. Böyükağa Hacıyev – 2
  5. Kazbek Tuayev – 2
  6. Əsgər Abdullayev – 2
  7. Sənan Qurbanov – 2
  8. Böyükağa Ağayev – 1
  9. Məmmədəli Məmmədov – 1
  10. Əhməd Ələsgərov – 1
  11. Cüneyt Biçər – 1
  12. Mirça Rednik – 1
  13. Vaqif Sadıqov – 1
  14. Novruz Əzimov – 1
  15. Yuri Maksimov – 1
  16. Elmar Baxşıyev – 1.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: