“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Premyer Liqanın 5-ci turu çərçivəsində “Arsenal”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, portuqal futbolçu 2:2 hesabıyla başa çatmış qarşılaşmadan sonra bunları söyləyib:
“Yalnız bir komanda futbol oynamağa çıxmışdı. İkincisi, təəssüf ki, hakimin icazə verdiyi hüdudları axtarmaq qərarına gəldi. Biz şad deyilik, çünki üç xal qazanmaq istəyirdik, amma şəxsən mən oyuna necə çıxmağımızdan razıyam. Mən şadam ki, biz meydana həmişə qələbə üçün çıxırıq”, deyə Bernardo Silva bildirib.
“Mançester Siti”nin müdafiəçisi Manuel Akanci də “Arsenal”la 2:2 hesabı ilə başa çatmış oyunda rəqib futbolçuların davranşı ilə bağlı fikrini bildirib. İsveçrəli futbolçunun bu barədə fikrini təqdim edirik:
“Onlarla nə vaxt oynasaq, həmişə dram axtarırlar. Onlar öz cərimə meydançasında 11 oyunçu ilə müdafiə olunaraq, möhkəm mübarizə aparır və sonra təyin edilmiş standart vəziyyətlərdən qol vurmağa çalışırlar. Düşünmürəm ki, Avropada bu işdə onlardan yaxşısı yoxdur. Bununla belə, yekunda biz həmişə qənimət qazanırıq. Bu ilin də fərqli olacağını düşünmürəm”, deyə Akanci iddialı açıqlaması ilə diqqət çəkib.
“Arsenal”ın müdafiəçisi Rikkardo Kalafyori də “Mançester Siti” ilə heç-heçəni (2:2) şərh edib. Bu oyunda 1 qolla yadda qalmış italyan futbolçunun dediklərinə diqqət yetirək:
“Qol vurduğum üçün çox şadam, amma qalib gəlmədiyimiz üçün azacıq məyus oldum. Çox çətin idi. Yaxşı qarşılıq verdik. İkinci hissə çox çətin keçdi, fiziki cəhətdən daha çox psixoloji çətin oldu”.