Avropa Super Liqasının rəhbəri Bernd Rayxart UEFA Çempionlar Liqasının mənfi cəhətləri ilə bağlı fikirlərini açıqlayıb.
Arena.az “Derstandard” nəşrinə istinadən, Rayxartın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Təklif etdiyimiz rejim, ən yüksək səviyyədə bir şeyə həsr ediləcək çox cəlbedici oyun günlərini təmin edəcək. Həm köhnə, həm də yeni Çempionlar Liqası rejimlərində fəsad odur ki, yarışın nəticəsi ilə birbaşa əlaqəsi olmayan həddən artıq çox oyun var. Beləliklə, biz düşünmürük ki, bu rəqabətin cəlbediciliyi və dünyəvi əhatə dairəsi artacaq”, deyə Bernd Rayxart bildirib.
Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib. Təşkilatların Avropada klub yarışlarında inhisar hüququ yoxdur və Avropa qanunlarına əsasən Super Liqa rəsmi olaraq yaradıla bilər. Hazırda Super Liqa özünü varlığını kağız üzərindən gerçəyə keçirmək üçün hər vəchlə cəhd edir.