“Bernli” Şon Dayç ilə yollarını ayırdı

İngiltərənin “Bernli” komandasının baş məşqçisi Şon Dayç istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Baş məşqçinin istefaya göndərilməsinə komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. 51 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də komandanı tərk ediblər.

Şon Dayç 2012-ci ildən “Bernli”yə rəhbərlik edirdi. Komanda bu 10 il ərzində sözügedən mütəxəssisin rəhbərliyi altında bütövlükdə 425 matça çıxıb, 149 qələbə qazanıb, 118 heç-heçə edib, 158 məğlubiyyətə üzülüb.

“Bernli” bu mövsüm Premyer Liqada 30 oyuna topladığı 24 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.