“Beşiktaş” əzmkar qələbə ilə 1/4 finalda – Türkiyə Kubokunda

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti və sonuncu qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşan “Trabzonspor” 90+6-cı dəqiqədə məğlubiyyətdən qurtularaq oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda daha bir qol vuran trabzonlular 1/4 finala yüksəliblər.

“Antalyaspor”un qonağı olan “Beşiktaş” da əzmkar qələbə ilə mərhələ adlayıb.

Xatırladaq ki, daha öncə “Fatih Karagümrük”, “Ankaragücü”, “Qalatasaray”, “Konyaspor”, “Başakşəhər” və “Qalatasaray” da Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanmışdılar.

Türkiyə Kuboku
1/8 final
6 fevral

Fatih Karagümrük – Samsunspor 2:1
Qollar: Biraski, 72. Paoletti, 89 – Marius, 68.

Ankaragücü – Ərzincanspor 5:1
Qollar: T.Cigerci, 36-pen. Pedrinyo, 44. Radakoviç, 51. Maçeda, 65. Astanakulov, 90+2 – O.Aynaoğlu, 59.

Qalatasaray – Bandırmaspor 4:2
Qollar: D.Sançes, 26. H.Dərvişoğlu, 36-pen. Tete, 40-pen. K.Vinisius, 90+5 – S.Piçinciol, 45+3. Mulumba, 77.

7 fevral

Sivasspor – Konyaspor 0:1
Qol: A.Oğuz, 109.

Başakşəhər – Hatayspor 1:1 (penaltilər 3:2)
Qollar: Keni, 23 – Massanqa Matondo, 58.

Qaziantep – Fənərbaxça 0:2
Qollar: Batşuayi, 17; 31.

8 fevral

Gənclərbirliyi – Trabzonspor 1:2
Qollar: M.Bostan, 14 – E.Elmalı, 90+6. Trezeqe, 105.

Antalyaspor – Beşiktaş 1:2
Qollar: Byutyuqi, 30 – Muleka, 71. Muleka, 88.