“Beşiktaş” 3 xalı tək qolla qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Qaziantep” autsayderlər qrupunda yer alan “Gənclərbirliyi”ni qəbul edib və rəqibini məğlub yola salıb.

Ötən tur istirahət edən “Beşiktaş” bu turda çətin “Yeni Malatyaspor” səfərinə yollanıb. İstanbul klubu bu görüşdən minimal hesabla qalib ayrılıb.

Türkiyə Super Liqası
28-ci tur
2 mart

Qaziantep – Gənclərbirliyi 2:1
Qol: K.Özer, 59. Cefferson, 79 – Lima, 18.

Yeni Malatyaspor – Beşiktaş 0:1
Qol: Hatçinson, 59.

3 mart

14:30 Ərzurumspor – Fatih Karagümrük
17:00 Başakşəhər – Konyaspor
17:00 Sivasspor – Hatayspor
20:00 Ankaragücü – Qalatasaray
20:00 Kayserispor – Rizəspor

4 mart

17:00 Kasımpaşa – Trabzonspor
17:00 Alanyaspor – Göztəpə
20:00 Fənərbaxça – Antalyaspor