“Beşiktaş” Avropa Liqasında əsas mərhələyə vəsiqə qazandı!

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, 12 qarşılaşmanın hamısı eyni günə təsadüf edib.

Azərbaycan çempionu “Qarabağ”a uduzaraq Çempionlar Liqası ilə vidalaşmış Bolqarıstan nəhəngi “Ludoqorets” Avroliqada “Petrokub”la qarşılaşıb. Bolqarlar doğma meydanda 4 cavabsız qolla qalib gəldikləri Moldova təmsilçisini səfərdə də üstələyərək əsas mərhələyə vəsiqə qazanbılar.

Türkiyə təmsilçisi “Beşiktaş” da bu turnirdə növbəti sınağına çıxıb. İstanbul klubu İsveçrədə məhsuldar heç-heçəyə razılaşdığı “Luqano”nu bu dəfə doğma meydanda darmadağınla yenib və hədəfinə çatıb.

“Ludoqorets” və “Beşiktaş”dan başqa, RFS, “Elfsborq”, “Ayaks”, “Anderlext”, “Styaua”, “Viktoriya” (Plzen), “Ferentsvaroş”, PAOK, “Braqa” və “Makkabi” (Təl-Əviv) də istəklərinə çatıblar. Bu komandaların hamısı Avropa Liqasında əsas mərhələyə vəsiqə qazanıblar.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
29 avqust

APOEL (Kipr) – RFS (Latviya) 2:1, penaltilər 2:4 (ilk oyun 1:2)
“Elfsborq” (İsveç) – “Molde” (Norveç) 0:1, penaltilər 4:2 (1:0)
“Petrokub” (Moldova) – “Ludoqorets” (Bolqarıstan) 1:2 (0:4)
“Ayaks” (Niderland) – “Yagellonya” (Polşa) 3:0 (4:1)
“Anderlext” (Belçika) – “Dinamo” (Minsk, Belarus) 1:0 (1:0)
“Beşiktaş” (Türkiyə) – “Luqano” (İsveçrə) 5:1 (3:3)
“Styaua” (Rumıniya) – LASK (Avstriya) 1:0 (1:1)
“Harts” (Şotlandiya) – “Viktoriya” (Plzen, Çexiya) 0:1 (0:1)
“Borats” (Bosniya və Herseqovina) – “Ferentsvaroş” (Macarıstan) 1:1, penaltilər 2:3 (0:0)
“Şemrok Rovers” (İrlandiya) – PAOK (Yunanıstan) 0:2 (0:4)
“Rapid” (Vyana, Avstriya) – “Braqa” (Portuqaliya) 2:2 (1:2)
“Baçka Topola” (Serbiya) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:5 (0:3)