Futbol üzrə Türkiyə Super Liqasında qeyri-sabit bir mövsüm keçirən “Beşiktaş” klubunun cari borcunun məbləği açıqlanıb.
Arena.az bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun Ümumi Məclisinin iclasında “ağ-qaralar”ın borcunun 22 milyard 531 milyon 664 min 293 Türk Lirəsi olduğu vurğulanıb.
Xatırladaq ki, “Beşiktaş” Türkiyə Super Liqasının 2025/2026-cı illər mövsümündə 29 xal toplayıb və 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi keçirdiyi 17 oyunda 8 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 30 top keçirmiş “qara qartallar” 22 qol buraxıblar.
Uğursuz gedişat səbəbindən cari mövsümün əvvəlində keçmiş baş məşqçisi Sergen Yalçını yenidən sükanı arxasına gətirmiş İstanbul nəhəngi hələ də öz istəyinə çata bilmir. Klub rəhbərliyinin qış fasiləsi dönəmində heyətə əl gəzdirməklə vəziyyətdən çıxmağa çalışacağı bildirilir.


