“Beşiktaş” da qalib gəldi, “Qalatasaray” da

Futbol üzrə Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, şənbə günü daha beş görüş baş tutub.

“Konyaspor” – “Hatayspor” və “Dənizlispor” – “Sivasspor” matçlarında qalib müəyyənləşməyib.

“Qalatasaray” səfərdə “Antalyaspor”u minimal hesabla üstələyib. “Trabzonspor” da “Fatih Karagümrük”lə ev oyununda inamlı qələbəyə sevinib.

Lider “Beşiktaş”ın bu turdakı rəqibi “Kayserispor” olub. İstanbul təmsilçisi bu oyundan da qalib ayrılıb.

Türkiyə Super Liqası
37-ci tur
23 aprel

Gənclərbirliyi – Rizəspor 2:1
Qol: Yohansson, 45. Sio, 63 – Samudio, 74.

24 aprel

Konyaspor – Hatayspor 0:0

Trabzonspor – Fatih Karagümrük 2:0
Qol: Djanini, 15; 65.

Antalyaspor – Qalatasaray 0:1
Qol: M.Məhəmməd, 77.

Beşiktaş – Kayserispor 3:1
Qol: Gezzal, 4. Nkudu, 13; 65 – P.Enrike, 6.

Dənizlispor – Sivasspor 1:1
Qol: Diskerund, 59 – Kayode, 32.

25 aprel

14:30. Yeni Malatyaspor – Ankaragücü
17:00. Başakşəhər – Alanyaspor
17:00. Qaziantep – Ərzurumspor
21:30. Fənərbaxça – Kasımpaşa

Xəbəri sosial şəbəkələrdə paylaş: