“Beşiktaş” darmadağınla qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Əvvəlcə “Beşiktaş” səfərdə “Gənclərbirliyi”nin qonağı olub. İstanbul təmsilçisi bu oyunda darmadağına sevinib.

Turun qapanış matçında isə “Antalyaspor”la “Yeni Malatyaspor” üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası
25-ci tur
12 fevral

Rizəspor – Ərzurumspor 0:2
Qol: Şaheşuhe, 67. O.Karakullukçu, 90+3.

13 fevral

Kayserispor – Ankaragücü 0:0

Trabzonspor – Qaziantep 1:0
Qol: Bakasetas, 67.

Fatih Karagümrük – Fənərbaxça 1:2
Qol: Borini, 67 – Tiam, 19. Valensia, 53.

14 fevral

Konyaspor – Dənizlispor 2:0
Qol: A.Bardakçı, 52. Sekidika, 80.

Göztəpə – Başakşəhər 2:1
Qol: S.Aydoğdu, 24. Jül, 53-pen – D.Türüç, 59.

Hatayspor – Alanyaspor 0:0

Qalatasaray – Kasımpaşa 2:1
Qol: K.Aktürkoğlu, 9. M.Məhəmməd, 89-pen – Telin, 51.

15 fevral

Gənclərbirliyi – Beşiktaş 0:3
Qol: Gezzal, 4. C.Tosun, 89; 90+3.

Antalyaspor – Yeni Malatyaspor 1:1
Qol: Orgill, 6 – Orgill, 12-öz qapısına.