“Beşiktaş” doğma meydanda minimal hesabla qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Ərzurumspor” – “Kayserispor” və “Dənizlispor” – “Antalyaspor” görüşlərində qalib müəyyənləşməyib.

Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Sivasspor” isə darmadağına sevinib.

“Beşiktaş” bu turda “Konyaspor”la qarşılaşıb. İstanbul klubu doğma meydanda minimal hesabla üstün olub.

Türkiyə Super Liqası
24-cü tur
6 fevral

Kasımpaşa – Hatayspor 1:4
Qol: Kize-Telin, 56 – Bupendza, 44. Aabid, 72. Çanli, 84. Kamara, 90+1.

Alanyaspor – Rizəspor 2:1
Qol: Talbi, 25. Pektemek, 90+5 – Bareyro, 32.

Başakşəhər – Fatih Karagümrük 0:1
Qol: Durmaz, 52.

Fənərbaxça – Qalatasaray 0:1
Qol: Abdallah, 54.

7 fevral

Ərzurumspor – Kayserispor 1:1
Qol: Şaheşuhe 28 – İ.Parlak, 73.

Ankaragücü – Sivasspor 1:4
Qol: A.Oğuz, 66-öz qapısına – Qradel, 11-pen. Kayode, 48. E.Yeşilyurt, 69. Yatabare, 88.

Dənizlispor – Antalyaspor 1:1
Qol: Rodalleqa, 14 – G.Bayrakdar, 73.

Beşiktaş – Konyaspor 1:0
Qol: Rosier, 81.

8 fevral

17:00 Qaziantep – Göztəpə
20:00 Yeni Malatyaspor – Trabzonspor